1920-ci ildən dövlət qulluqçularının və ictimai xidmət işçilərinin etibarlı dayağıyıq.
Əmək hüquqlarının qorunması, həmrəylik və sosial ədalət
Dövlət idarələri və ictimai xidmət sahəsində işçilərin əmək və sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, layiqli iş yerlərinin yaradılmasının təşviq edilməsi, əməyin mühafizəsi üzrə maarifləndirici tədbirlərin həyata keçirilməsi, üzvlərimizin bilik, bacarıq və səriştələrinin artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, üzvlərimizin səmərəli istirahətinin təşkil edilməsi istiqamətində sistemli fəaliyyət göstəririk

1920-ci ildən dövlət qulluqçularının və ictimai xidmət işçilərinin etibarlı dayağıyıq.

Əmək hüquqlarının qorunması, həmrəylik və sosial ədalət

Dövlət idarələri və ictimai xidmət sahəsində işçilərin əmək və sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, layiqli iş yerlərinin yaradılmasının təşviq edilməsi, əməyin mühafizəsi üzrə maarifləndirici tədbirlərin həyata keçirilməsi, üzvlərimizin bilik, bacarıq və səriştələrinin artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, üzvlərimizin səmərəli istirahətinin təşkil edilməsi istiqamətində sistemli fəaliyyət göstəririk

ƏSAS GÖRTƏRİCİLƏRİMİZ

0

Respublika Birliyi üzvlərinin sayı

0

Qadın üzvlərimizin sayı

0

Kişi üzvlərimizin sayı

0

Bağlanmış kollektiv saziş və müqavilələrin sayı

0

Həll edilmiş əmək mübahisələrinin sayı

Gücümüz həmrəyliyimizdədir!

Dövlət idarələrində və ictimai xidmət sahəsində çalışan minlərlə işçini bir yerdə toplayaraq 1412 təşkilat yaratdıq. Geniş üzvlük bazamız və səmərəli proqramlarımızla əmək və sosial-iqtisadi hüquqlarınızın və maddi rifahınızın qorunmasında ölkənin qabaqcıl həmkarlar ittifaqı birliklərindən biri olaraq fəaliyyət göstəririk.

Ətraflıarrow up
body image
body image
body image
body image
1920

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi

2002

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

2025

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi

Fəaliyyətlərimiz

1 əsrlik təcrübə ilə ədalətli əmək, layiqli iş yerləri və sosial-iqtisadi hüquqların təminini tələb edirik.

Təsis olunmuş təşkilatlar

İşğaldan azad olunmuş ərazilərdə təsis olunmuş həmkarlar ittifaqı təşkilatları

Təşkilatların sayı
7
Üzvlərin sayı
531

Təşkilatlanma

76 şəhər, rayon həmkarlar ittifaqları komitələrində Bələdiyyə işçilərinin ilk həmkarlar ittifaqları yaradılıb

Yeni təşkilat sayı
120

Son xəbərlər və tədbirlər

Bütün xəbərlər

İttifaqımızın fəaliyyəti və keçirilən tədbirlər haqqında aktual məlumatlar

Xəbər

8 Oktyabr 2026

Gəncədə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş zona seminarı keçirilib

7 oktyabr 2026-cı il tarixində Gəncə şəhərində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Layiqli əmək, güclü gənclik və dayanıqlı gələcək” mövzusunda zona seminarı keçirilib. Seminarda ADİİXİ Hİ Respublika Birliyinin xidmət sahəsinə daxil olan 14 rayon komitəsindən 90 həmkarlar ittifaqı fəalı iştirak edib. Tədbirdə layiqli əmək şəraitinin yaradılması, əməyin və sağlamlığın mühafizəsi, bu istiqamətdə işəgötürənlərin və həmkarlar ittifaqlarının rolu, eləcə də gənclərin əmək bazarında fəal iştirakı və cəmiyyətin dayanıqlı inkişafındakı yeri ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Seminarda ADİİXİ Hİ Respublika Birliyinin rəhbərliyi və əməkdaşları, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin nümayəndəsi iştirak edərək mövzu ilə bağlı çıxışlar ediblər.

İmişlidə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövsuzunda dəyirmi masa keçirilib

Xəbər

6 Oktyabr 2026

İmişlidə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövsuzunda dəyirmi masa keçirilib

6 oktyabr 2026-cı il tarixində İmişli şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) İmişli Rayon Komitəsi və İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayon ziyalıları, İmişli Peşə Məktəbinin tələbələri, eləcə də həmkarlar ittifaqı komitəsinin əhatə etdiyi idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar iştirak ediblər. Dəyirmi masada erkən nikahların və narkotik asılılığının cəmiyyətin mənəvi-psixoloji və sosial strukturuna mənfi təsirləri, bu cür zərərli halların profilaktikası, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumların birgə fəaliyyət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər cəmiyyətin, xüsusilə gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunması, eləcə də onların sağlam gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirilən belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Xəbər

6 Oktyabr 2026

Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrinin iştirakı ilə Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsində sədr seçkisi üzrə iclas keçirilib. Tədbir çərçivəsində irəli sürülən namizədlik komitə üzvləri tərəfindən geniş müzakirə olunub. Keçirilən səsvermənin nəticələrinə əsasən, Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib. İclasda, həmçinin həmkarlar ittifaqı təşkilatının qarşısında duran prioritet vəzifələr, əməkdaşların əmək və sosial hüquqlarının müdafiəsi, onların müraciətlərinin baxılması və mövcud məsələlərin həlli istiqamətində görüləcək işlər ətraflı müzakirə edilib. Yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayır, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılacağına inanırıq.

Ağdaş və Zaqatala rayonlarında Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib

Xəbər

2 Oktyabr 2026

Ağdaş və Zaqatala rayonlarında Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Ağdaş və Zaqatala rayon komitələri tərəfindən silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə ahıllara göstərilən diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, zəngin həyat və əmək təcrübəsinə malik ahıllarımızın təcrübəsinin gənc nəslə ötürülməsi, onların cəmiyyətdəki mənəvi rolu və töhfələri hər zaman yüksək qiymətləndirilir. Görüşlər zamanı ADİİXİ Hİ rayon komitələri tərəfindən ahıllar üçün şirniyyat süfrəsi təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib və əlamətdar gün münasibətilə səmimi təbriklər çatdırılıb. Ahıllar da öz növbəsində onlara göstərilən daimi diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

14

2026-cı ildə keçirilən mədəni-kütləvi tədbirlərin sayı

8

2026-cı ildə keçirilən seminarların sayı

Media

İttifaqımızın fəaliyyəti və keçirilən tədbirlər haqqında aktual məlumatlar