Xəbərlər

Ana Səhifə
>Gəncədə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş zona seminarı keçirilib
Gəncədə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş zona seminarı keçirilib
Xəbər

Gəncədə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş zona seminarı keçirilib

08 oktyabr 2026

7 oktyabr 2026-cı il tarixində Gəncə şəhərində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Layiqli əmək, güclü gənclik və dayanıqlı gələcək” mövzusunda zona seminarı keçirilib.

Seminarda ADİİXİ Hİ Respublika Birliyinin xidmət sahəsinə daxil olan 14 rayon komitəsindən 90 həmkarlar ittifaqı fəalı iştirak edib.

Tədbirdə layiqli əmək şəraitinin yaradılması, əməyin və sağlamlığın mühafizəsi, bu istiqamətdə işəgötürənlərin və həmkarlar ittifaqlarının rolu, eləcə də gənclərin əmək bazarında fəal iştirakı və cəmiyyətin dayanıqlı inkişafındakı yeri ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Seminarda ADİİXİ Hİ Respublika Birliyinin rəhbərliyi və əməkdaşları, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin nümayəndəsi iştirak edərək mövzu ilə bağlı çıxışlar ediblər.

Fotoşəkillər