Xəbərlər

Ana Səhifə
>İmişlidə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövsuzunda dəyirmi masa keçirilib
İmişlidə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövsuzunda dəyirmi masa keçirilib
Xəbər

İmişlidə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövsuzunda dəyirmi masa keçirilib

06 oktyabr 2026

6 oktyabr 2026-cı il tarixində İmişli şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) İmişli Rayon Komitəsi və İmişli Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Erkən nikah və narkomaniyaya yox deyirik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayon ziyalıları, İmişli Peşə Məktəbinin tələbələri, eləcə də həmkarlar ittifaqı komitəsinin əhatə etdiyi idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar iştirak ediblər.

Dəyirmi masada erkən nikahların və narkotik asılılığının cəmiyyətin mənəvi-psixoloji və sosial strukturuna mənfi təsirləri, bu cür zərərli halların profilaktikası, gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi və aidiyyəti qurumların birgə fəaliyyət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxış edənlər cəmiyyətin, xüsusilə gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunması, eləcə də onların sağlam gələcəyinin təmin edilməsi istiqamətində həyata keçirilən belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Fotoşəkillər