Haqqımızda

Ana Səhifə
>Haqqımızda

AZƏRBAYCAN DÖVLƏT İDARƏLƏRİ VƏ İCTİMAİ XİDMƏT İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQI RESPUBLİKA BİRLİYİ

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün yaradılmış sahəvi həmkarlar ittifaqı olaraq "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və Birliyin Nizamnaməsinə uyğun fəaliyyət göstərən müstəqil ictimai təşkilatdır.

ƏSAS GÖSTƏRİCİLƏRİMİZ

0

Respublika birliyi üzv

0

Qadın Üzvlərimizin

0

Bağlanmış kollektiv saziş və müqavilələr

0

Həll edilmiş əmək mübahisələri

0

Keçirilən seminarlar

Tariximiz

23 iyun 1920-ci il tarixində, "Sovet və ictimai təşkilatların qulluqçularının həmkarlar ittifaqı"nın, "Ticarət-sənaye qulluqçularının həmkarlar ittifaqı"nın və "Kooperativ qulluqçularının həmkarlar ittifaqı"nın birgə konfransında bu təşkilatların birləşdirilməsi barədə qərar qəbul edildi. Bunun nəticəsində tərkibində 6 min nəfərədək həmkarlar ittifaqı üzvü olan, "Sovet, ictimai və ticarət-sənaye müəssisələri işçilərinin həmkarlar ittifaqı" yaradıldı.

27-29 oktyabr 1920-ci ildə Bakı şəhərində Sovet, ictimai və ticarət-sənaye müəssisələri işçilərinin I qurultayı keçirildi. Qurultayda Respublikanın bütün qəzalardan nümayəndələri təmsil olunmuşdur.

Sovet hakimiyyəti illərində təşkilatımız respublikanın digər sahə həmkarlar ittifaqı təşkilatları ilə birlikdə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi inkişafında fəal iştirak etmiş, işçilərin və onların ailə üzvlərinin yaşam şəraitinin yaxşılaşdırılması, istirahətinin təşkilini öz üzərinə götürmüş, müəyyən sosial və hüquqi müdafiə funksiyalarını yerinə yetirmişdir. Mürəkkəb əmək problemləri üzə çıxdıqda, o cümlədən işçilər işdən qanunsuz çıxarıldıqda Respublika Komitəsi, bir qayda olaraq, həmkarlar ittifaqı üzvlərinə pulsuz məsləhətlər verir, məhkəmələrdə onların təmsilçisi kimi çıxış edirdi.

Öz inkişaf dövrü ərzində həmkarlar ittifaqı dinamik, çevik və səmərəli təşkilati struktura çevrilmiş, ölkə həmkarlar ittifaqı hərəkatının ayrılmaz hissəsi olaraq, Azərbaycan həmkarlar ittifaqlarının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə öz töhfələrini vermiş, vətəndaş cəmiyyətinin formalaşdırılmasına əvəzsiz xidmətlər göstərmişdir.