Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin idarəetmə orqanları aşağıdakılardır:
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin idarəetmə orqanları aşağıdakılardır:
Respublika Birliyinin Məclisinin və Təftiş Komissiyasının fəaliyyəti haqqında hesabatını dinləyir, həmkarlar ittifaqının konkret dövr üçün strategiyasını və vəzifələrini müəyyən edir.
Respublika Birliyinin Nizamnaməsinin müddəalarının və Qurultayının qərarlarının yerinə yetirilməsini təşkil edir, Respublika Birliyinə üzv olan həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini istiqamərləndirir, onlara yardım göstərir.
Qurultayın, Məclisin, sahə sazişlərinin və İcraiyyə komitəsinin qərarlarının yerinə yetirilməsini təmin edir, Respublika Birliyinin adından dövlət və digər orqanlar ilə birgə qarşılıqlı fəaliyyəti həyata keçirir.
Respublika Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir, maliyyə hesabatlarını hazırlayaraq Məclisə və Qurultaya təqdim edir.
Maliyyə hesabatlarının yoxlanılması
Büdcə xərclərinin təhlil edilməsi
Maliyyə-təsərrüfat sahəsinə aid olan qərarların icrasına nəzarət
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin 5 daimi ictimai komissiyası fəaliyyət göstərir.
Komissiya işçilərin iş yerlərində texniki təhlükəsizlik, sanitariya-gigiyena normalarına riayət olunmasına nəzarət edir və istehsalat risklərinin qarşısının alınması istiqamətində preventiv tədbirlər həyata keçirir.
Kollektiv daxilində komanda ruhunun gücləndirilməsi, əməkdaşların asudə vaxtının səmərəli keçirilməsi, müxtəlif mədəni, maarifləndirici və əyləncəli layihələrin təşkil olunması, dövlət bayramları və tarixi günlərlə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir.
İş yerində gender bərabərliyinin qorunması, ayrı-seçkilik hallarının qarşısının alınması, qadın əməkdaşların hüquqlarının müdafiəsi və onların idarəetmədə rolunun artırılması istiqamətində fəaliyyət göstərir.
Gənc üzvlərimizin iş yerlərində adaptasiya prosesinin sürətləndirilməsi, onların innovativ ideyalarının dəstəklənməsi və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi, idarəetmədə və ictimai layihələrdə aktiv iştirakının təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Üzvlərimizin hüquqi maarifləndirilməsi, əmək hüquqlarının müdafiəsi və qarşıya çıxan əmək mübahisələrinin həll edilməsi istiqamətində fəaliyyət göstərir.