Xəbərlər

Ana Səhifə
>Ağdaş və Zaqatala rayonlarında Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib
Ağdaş və Zaqatala rayonlarında Beynəlxalq Ahıllar Günü münasibətilə tədbirlər keçirilib
Xəbər

02 oktyabr 2026

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Ağdaş və Zaqatala rayon komitələri tərəfindən silsilə tədbirlər təşkil olunub.

Tədbirlərdə ahıllara göstərilən diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, zəngin həyat və əmək təcrübəsinə malik ahıllarımızın təcrübəsinin gənc nəslə ötürülməsi, onların cəmiyyətdəki mənəvi rolu və töhfələri hər zaman yüksək qiymətləndirilir.

Görüşlər zamanı ADİİXİ Hİ rayon komitələri tərəfindən ahıllar üçün şirniyyat süfrəsi təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib və əlamətdar gün münasibətilə səmimi təbriklər çatdırılıb. Ahıllar da öz növbəsində onlara göstərilən daimi diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Fotoşəkillər