Xəbərlər

Ana Səhifə
>Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Xəbər

Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

06 oktyabr 2026

Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrinin iştirakı ilə Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsində sədr seçkisi üzrə iclas keçirilib.

Tədbir çərçivəsində irəli sürülən namizədlik komitə üzvləri tərəfindən geniş müzakirə olunub. Keçirilən səsvermənin nəticələrinə əsasən, Sumqayıt Şəhər Mühafizə İdarəsinin İlk Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib.

İclasda, həmçinin həmkarlar ittifaqı təşkilatının qarşısında duran prioritet vəzifələr, əməkdaşların əmək və sosial hüquqlarının müdafiəsi, onların müraciətlərinin baxılması və mövcud məsələlərin həlli istiqamətində görüləcək işlər ətraflı müzakirə edilib.

Yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayır, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində qarşıya qoyulan məqsədlərin uğurla reallaşdırılacağına inanırıq.

Fotoşəkillər