Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin əsas məqsədləri aşağıdakılardan ibarətdir:
üzvlərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması;
iş yerlərində layiqli əmək şəraitinin yaradılması;
üzvlərin bilik, bacarıq və səriştələrinin artırılması;
işçilərin asudə vaxtının səmərəli təşkil edilməsi;
sıralarımızın genişləndirilməsi;
üzvlərin maddi rifah halının yaxşılaşdırılması.