Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (ADİİXİ) Həmkarlar İttifaqı Respublika Birliyinin 2026-cı ilin I yarımili üzrə fəaliyyət planına uyğun olaraq, Tovuz şəhərində “Qadın və uşaq əməyinin mühafizəsi və əmək hüququ” mövzusunda zona seminarı təşkil edilib.
Seminar çərçivəsində iştirakçılara qadın və uşaq əməyinin mühafizəsi, əmək hüquqları, habelə əməyin mühafizəsi sahəsində qanunvericilik, iş yerlərində təhlükəsizlik və sanitariya-gigiyena tələbləri barədə ətraflı məlumatlar verilib.
Tədbirdə Tovuz, Qazax, Ağstafa, Gəncə, Samux, Şəmkir, Göygöl və Gədəbəy rayonlarının həmkarlar ittifaqı komitələrinin nümayəndələri iştirak ediblər. Həmçinin, seminarın işində ADİİXİ Respublika Birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Dövlət Əmək Müfəttişliyinin rəsmi nümayəndələri də yer alıblar.



