Xəbərlər

Ana Səhifə
>Şirvan şəhərində zona üzrə Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş keçirilib
Şirvan şəhərində zona üzrə Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş keçirilib
Görüş

Şirvan şəhərində zona üzrə Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş keçirilib

01 oktyabr 2026

Şirvan şəhərində zona üzrə Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) sədri Hikmət Nəbiyev, Birlik aparatının əməkdaşları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Tədbir çərçivəsində ilk olaraq AHİK-in çoxşaxəli fəaliyyətinə və həyata keçirdiyi sosial layihələrə dair videoçarx nümayiş etdirilib. Daha sonra üzvlərin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xidmət edən “AHİK Plus” layihəsi iştirakçılara ətraflı təqdim olunub.

Görüşdə həmkarlar ittifaqı təşkilatlarında təşkilatlanma işinin daha da gücləndirilməsi, idarə və müəssisələrdə yeni ilkin təşkilatların yaradılması, Respublika Birliyi tərəfindən verilən tapşırıqların vaxtında və operativ icrası, eləcə də sosial şəbəkələrdə fəallığın artırılması və fəaliyyətin şəffaflığının təmin edilməsi istiqamətində mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda qarşıya qoyulan hədəflərin effektiv icrası və həmkarlar ittifaqı üzvlərinin hüquqlarının daha etibarlı qorunması istiqamətində birgə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Fotoşəkillər