Xəbərlər

Ana Səhifə
>Şəhid Vahid Alıyevin övladı doğum günündə ziyarət olunub
Şəhid Vahid Alıyevin övladı doğum günündə ziyarət olunub
Xəbər

Şəhid Vahid Alıyevin övladı doğum günündə ziyarət olunub

26 avqust 2026

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Daşkəsən rayon komitəsinin təşəbbüsü və himayəçiliyi ilə 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid Vahid Alıyevin ailəsi ziyarət edilib. Ziyarət şəhidimizin övladı Abbas Alıyevin doğum günü münasibətilə baş tutub.

Görüş zamanı Abbas Alıyevə doğum günü münasibətilə səmimi təbriklər və xoş arzular çatdırılıb, ona xatirə hədiyyələri və müxtəlif uşaq hədiyyələri təqdim olunub. Şəhid ailəsi onlara göstərilən diqqət, qayğı və mənəvi dəstəyə görə Həmkarlar İttifaqı rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən igid şəhidimiz Vahid Alıyevin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib.

Fotoşəkillər

Şəhid Vahid Alıyevin övladı doğum günündə ziyarət olunub
Şəhid Vahid Alıyevin övladı doğum günündə ziyarət olunub