27 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Kəlbəcər Rayon Komitəsinin təşəbbüsü ilə İkinci Qarabağ müharibəsi şəhidi Taleh Muxtarovun övladı Aydan Muxtarlı doğum günü münasibətilə ziyarət edilib.
Ziyarət çərçivəsində Aydan Muxtarlıya müxtəlif hədiyyələr təqdim olunub, ona xoş arzular çatdırılıb. Görüşdə, həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhid Taleh Muxtarovun əziz xatirəsi dərin ehtiramla yad edilib.





