10 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Qəbələ Rayon Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Tale Qadir oğlu Şirinovun ailəsi ziyarət edilib. Ziyarət Respublika Birliyinin himayəsində olan şəhid övladı Mərd Şirinovun doğum günü münasibətilə baş tutub.
Ziyarət çərçivəsində Mərd Şirinova doğum günü münasibətilə müxtəlif hədiyyələr təqdim olunub və ailəyə maddi dəstək göstərilib. Görüş zamanı, həmçinin Vətən müharibəsi şəhidi Tale Şirinovun əziz xatirəsi dərin ehtiramla yad edilib.



