Xəbərlər

Ana Səhifə
>Şəhid Tale Şirinovun övladı Bilik Günü münasibətilə ziyarət olunub
Şəhid Tale Şirinovun övladı Bilik Günü münasibətilə ziyarət olunub
Xəbər

Şəhid Tale Şirinovun övladı Bilik Günü münasibətilə ziyarət olunub

02 sentyabr 2026

15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) himayəsində olan şəhid ailələrinə diqqət və qayğı tədbirləri davam etdirilib. Bu məqsədlə Vətən müharibəsi şəhidi Tale Şirinovun ailəsi növbəti dəfə ziyarət olunub.

Görüş zamanı cari ildə ilk dəfə məktəbə - 1-ci sinfə qədəm qoyan şəhid övladı Mərd Şirinov Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edilib, ona yeni tədris ilində dərslərində yüksək nailiyyətlər arzulanıb. Mərdə Respublika Birliyi tərəfindən məktəb ləvazimatları, geyim dəstləri və müxtəlif hədiyyələr təqdim olunub. Şəhid ailəsi onlara göstərilən daimi diqqət, qayğı və mənəvi dəstəyə görə Həmkarlar İttifaqı rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Görüşdə xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz Tale Şirinovun əziz xatirəsi bir daha dərin ehtiramla yad edilib.

Fotoşəkillər

Şəhid Tale Şirinovun övladı Bilik Günü münasibətilə ziyarət olunub
Şəhid Tale Şirinovun övladı Bilik Günü münasibətilə ziyarət olunub