Xəbərlər

Ana Səhifə
>Şəhid leytenant Nurlan Həsənovun övladı doğum günündə ziyarət olunub
Şəhid leytenant Nurlan Həsənovun övladı doğum günündə ziyarət olunub
Xəbər

Şəhid leytenant Nurlan Həsənovun övladı doğum günündə ziyarət olunub

04 avqust 2026

4 avqust 2026-cı il tarixində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Şuşa Rayon Komitəsinin təşəbbüsü ilə Vətən uğrunda canını fəda etmiş şəhid leytenant Nurlan Həsənovun ailəsi ziyarət edilib. Ziyarət şəhidimizin yadigarı Nurgül Həsənovanın doğum günü münasibətilə baş tutub.

Ziyarət çərçivəsində Nurgül Həsənovaya doğum günü münasibətilə müxtəlif hədiyyələr təqdim olunub və xoş arzular çatdırılıb. Görüş zamanı, həmçinin qəhrəman şəhidimiz Nurlan Həsənovun əziz xatirəsi dərin ehtiramla yad edilib.

Fotoşəkillər

Şəhid leytenant Nurlan Həsənovun övladı doğum günündə ziyarət olunub