15 sentyabr - Bilik Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) himayəsində olan şəhid ailələrinə diqqət və qayğı növbəti dəfə nümayiş etdirilib. Bu çərçivədə Vətən müharibəsi şəhidi Elzar Yusubovun ailəsi ziyarət olunub.
Görüş zamanı cari ildə ilk dəfə məktəbə - 1-ci sinfə qədəm qoyan məktəbli Mələk Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edilib, ona yeni tədris ilində uğurlar arzulanıb. Həmçinin onun bacısı Ayanla birlikdə hər iki uşağa Respublika Birliyi tərəfindən məktəb lvazimatları, geyim dəstləri və müxtəlif hədiyyələr təqdim olunub. Şəhid ailəsi göstərilən daimi diqqət, qayğı və mənəvi dəstəyə görə Həmkarlar İttifaqı rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Görüşdə xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidimiz Elzar Yusubovun əziz xatirəsi dərin ehtiramla yad edilib.



