15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Xətai Rayon Komitəsinin təşəbbüsü ilə şəhid ailələrinə diqqət və qayğı tədbirləri növbəti dəfə davam etdirilib.
Bu çərçivədə Vətən müharibəsi şəhidi Ceyhun Həsənovun ailəsi ziyarət olunub. Görüş zamanı şəhidin bu il ilk dəfə məktəbə – 1-ci sinfə qədəm qoyan əkiz övladları Cahid və Cavidan Həsənovlar Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edilib, onlara yeni tədris ilində yüksək nailiyyətlər arzulanıb. Uşaqlara Xətai Rayon Komitəsi tərəfindən məktəb ləvazimatları, geyim dəstləri və müxtəlif hədiyyələr təqdim olunub.
Şəhid ailəsi göstərilən daimi diqqət, qayğı və mənəvi dəstəyə görə Həmkarlar İttifaqı rəhbərliyinə minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Vətən uğrunda canından keçən qəhrəman şəhidimiz Ceyhun Həsənovun əziz xatirəsi dərin ehtiramla yad edilib.



