Naftalan Şəhər İcra Hakimiyyətinin (ŞİH) əməkdaşları və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Naftalan Şəhər Komitəsinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Bəhruz Firuz oğlu Quliyevin qızı Elayın 12 yaşının tamam olması münasibətilə ailəyə ziyarət təşkil olunub.
Görüş zamanı Elaya 12 illik yubileyi münasibətilə səmimi təbriklər və xoş arzular çatdırılıb, ona müxtəlif hədiyyələr təqdim edilib. Şəhidimizin əziz xatirəsi ehtiramla yad olunub.




