5 avqust 2026-cı il tarixində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) Gədəbəy Rayon Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Azər Mahal oğlu Hüseynovun ailəsi ziyarət edilib. Ziyarət Respublika Birliyinin himayəsində olan şəhid övladı Aynişa Hüseynovanın doğum günü münasibətilə baş tutub.
Ziyarət çərçivəsində Aynişana doğum günü münasibətilə müxtəlif hədiyyələr təqdim olunub və ona ən xoş arzular çatdırılıb.
Şəhid ailəsi onlara göstərilən daimi diqqət və qayğıya görə ADİİXİ Həmkarlar İttifaqı Respublika Birliyinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

