Xəbərlər

Ana Səhifə
>Quba rayonunda zona üzrə İlk Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş keçirilib
Quba rayonunda zona üzrə İlk Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş keçirilib
Xəbər

23 aprel 2026

Quba rayonunda zona üzrə İlk Həmkarlar İttifaqı təşkilatlarının üzvləri ilə görüş təşkil olunub. Görüşdə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (ADİİXİ) Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev, aparatın əməkdaşları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsi iştirak ediblər.

Tədbir çərçivəsində bir sıra vacib təşkilati məsələlər müzakirə edilib və yeni ittifaq təşkilatlarının yaradılması istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasda sanatoriya-kurort yollayışlarının verilməsi zamanı növbəlilik prinsipinə ciddi əməl olunmasının vacibliyi xüsusi vurğulanıb, həmçinin iş prinsiplərində şəffaflığın qorunması və sosial şəbəkələrdə fəallığın artırılması tövsiyə edilib.

Görüşdə qarşıdan gələn yay mövsümündə həmkarlar ittifaqı üzvlərinin istirahətinin təşkili məsələləri də diqqət mərkəzində olub. Bu xüsusda, “Ülfət” istirahət mərkəzinin imkanlarından istifadə edilməklə üzvlərin səmərəli istirahətinin təmin olunması planlaşdırılıb.

Sonda qarşıya qoyulan hədəflərin daha effektiv şəkildə icra edilməsi üçün yerli təşkilatların birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Fotoşəkillər