Xəbərlər

Ana Səhifə
>Masallıda “Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə” mövzusunda zona seminarı keçirilib
Masallıda “Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə” mövzusunda zona seminarı keçirilib
Seminar

Masallıda “Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə” mövzusunda zona seminarı keçirilib

29 iyun 2026

19 iyun 2026-cı il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) təşkilatçılığı ilə "Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə" mövzusunda zona seminarı keçirilib.

Seminarda Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayon komitələrinin sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər.

Tədbir çərçivəsində narkotik vasitələrdən istifadənin qarşısının alınması, reabilitasiya, sosial reinteqrasiya, ailə və sosial mühitin rolu, həmçinin bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminarda ADİİXİ Hİ RB-nin nümayəndələri, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və Masallı Rayon Polis Şöbəsinin rəis müavini iştirak ediblər.

Fotoşəkillər