Xəbərlər

Ana Səhifə
>İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə maarifləndirici görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə maarifləndirici görüş keçirilib
Görüş

20 avqust 2026

20 avqust 2026-cı il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyəti, əsas məqsəd və vəzifələri barədə maarifləndirici görüş təşkil olunub. Tədbir əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi və təşkilatın rolu haqqında məlumatlılığın artırılması məqsədi daşıyıb.

Görüş zamanı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) nümayəndələri tərəfindən həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, işçilərin əmək, sosial və hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, həmçinin təşkilat üzvləri üçün yaradılan güzəştli imkanlar barədə ətraflı təqdimat edilib.

Tədbir çərçivəsində Mərkəzdə ilkin həmkarlar ittifaqı təşkilatının yaradılması imkanları, onun hüquqi əsasları və bu prosesin təşkili qaydaları müzakirə olunub. İştirakçılara müvafiq tövsiyələr verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Səmimi və konstruktiv şəraitdə keçən görüş Mərkəzin əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.

Fotoşəkillər