Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının fəaliyyətində süni intellektin tətbiqi” mövzusunda təlimə start verilib. Təlim AƏSMA-da keçirilir.
Təlimin əsas məqsədi həmkarlar ittifaqı əməkdaşlarının süni intellekt texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq, bu müasir texnologiyalardan gündəlik iş prosesində səmərəli istifadəyə dair praktiki yanaşmaları təqdim etməkdir.
Təlim proqramı çərçivəsində kargüzarlıq sənədlərinin hazırlanması, ittifaq üzvlərinin müraciətlərinin operativ işlənməsi, məlumatların təhlili və informasiya işinin daha effektiv təşkili kimi mühüm istiqamətlər əhatə olunur.



