Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili istiqamətində növbəti tədbir reallaşdırılıb.
Təşkil olunan həftəsonu istirahətinin əsas məqsədi üzvlərin həm fərdi qaydada dincəlmələrini təmin etmək, həm də kollektiv daxili münasibətləri möhkəmləndirməkdir. Eyni zamanda, gərgin iş həftəsindən sonra əməkdaşların yorğunluğunu çıxararaq, onların iş fəaliyyətlərini daha yüksək enerji ilə bərpa etmələrinə şərait yaradılıb. Bu çərçivədə, həmkarlar ittifaqı üzvləri Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzinə göndərilib.


