Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin nəzarəti altında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ilk Həmkarlar İttifaqı Təşkilatının növbədənkənar Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev iştirak ediblər. Yığıncağın gündəliyində təşkilati məsələlər müzakirə olunub və təşkilatın gələcək fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin kadr məsələlərinə də baxılıb. Səsvermə nəticəsində Cahangir Cahangirli səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ilk Həmkarlar İttifaqı Təşkilatının yeni sədri seçilib.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin kollektivi və rəhbərliyi olaraq, Cahangir Cahangirlini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edir, ona həmkarlar ittifaqı hərəkatının inkişafı və əməkdaşların sosial hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayırıq.


