Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) üzv təşkilatı olan Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirmişdir.
Görüşdə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın fədakarlığından bəhs olunmuş, onların əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Səmimi söhbət şəraitində keçən tədbirdə şəhid ailələrinin müraciət və qayğıları dinlənilmiş, Komitə adından onlara lazımi dəstək göstərilmiş və xoş arzular çatdırılmışdır.
Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.


