9 oktyabr 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Layiqli əmək, güclü gənclik və dayanıqlı gələcək” mövzusunda zona seminarı keçirilib.
Seminarda ADİİXİ Hİ Respublika Birliyinin xidmət sahəsinə daxil olan Bakı şəhərinin 12 rayon komitəsindən 80 həmkarlar ittifaqı fəalı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən görülən işlərə dair təqdimat videosu nümayiş etdirilib. İştirakçılara əməyin mühafizəsinin layiqli əməyin əsas şərti olması, işəgötürənlərin və həmkarlar ittifaqlarının bu sahədəki vəzifələri, insan amilinin prioritetliyi, eləcə də gəncliyin cəmiyyətin sosial potensialı və gələcək inkişafındakı rolu barədə ətraflı məlumat verilib.
Seminarda ADİİXİ Hİ Respublika Birliyinin sədri, sədrin birinci müavini və aparatın müvafiq sahə üzrə fəaliyyət göstərən əməkdaşları, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi şöbəsinin müdir müavini, həmçinin AHİK-in Əməyin və sağlamlığın mühafizəsi şöbəsinin baş mütəxəssisi iştirak ediblər.


