Xəbərlər

Ana Səhifə
>"Azərxalça" ASC-nin əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyətinə həsr olunmuş maarifləndirici görüş keçirilib
"Azərxalça" ASC-nin əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyətinə həsr olunmuş maarifləndirici görüş keçirilib
Görüş

"Azərxalça" ASC-nin əməkdaşları ilə həmkarlar ittifaqının fəaliyyətinə həsr olunmuş maarifləndirici görüş keçirilib

24 avqust 2026

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) təşkilatçılığı ilə "Azərxalça" ASC-nin kollektivi ilə maarifləndirici görüş təşkil olunub. Tədbirin əsas məqsədi əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, həmçinin həmkarlar ittifaqı hərəkatının cəmiyyətdəki rolu barədə ətraflı məlumat vermək olub.

Görüş zamanı ADİİXİ Hİ RB-nin nümayəndələri tərəfindən həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri, işçilərin əmək, sosial və hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, eləcə də üzvlər üçün yaradılan güzəştli imkanlar və sosial layihələr barədə ətraflı təqdimat edilib.

Tədbir çərçivəsində "Azərxalça" ASC-də ilkin həmkarlar ittifaqı təşkilatının yaradılması imkanları, onun hüquqi əsasları və bu prosesin təşkili qaydaları müzakirə olunub. İştirakçılara müvafiq metodiki tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Səmimi və işgüzar şəraitdə keçən görüş strukturun əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.

Fotoşəkillər