ADİİXİ Həmkarlar İttifaqı Respublika Birliyinin üzv təşkilat sədrləri üçün "Abşeron" mədə-bağırsaq sanatoriyası, "Günəşli" nevroloji sanatoriyası, "Buzovna" fizioterapiya sanatoriyası, "Bilgəh" kardioloji sanatoriyası və Səməd Vurğun adına Yaradıcılıq evinə infotur təşkil olunub.
İnfoturun əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin istifadəsinə təqdim olunan sağlamlıq və istirahət müəssisələrinin fəaliyyəti, müalicə-profilaktik imkanları, mövcud infrastrukturu və göstərilən xidmətlərlə yaxından tanış olmaqdan ibarət olub.
Səfər çərçivəsində iştirakçılara müəssisələrin maddi-texniki bazası, müalicə proqramları və istirahət şəraiti barədə ətraflı məlumat verilib.









