ADİİXİ Hİ Respublika Birliyinin Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməkdaşlarının Azərbaycanın mədəniyyət paytaxtı, tarixi yaddaşımızın və milli ruhumuzun rəmzi olan Şuşa şəhərinə səfəri baş tutub.
Səfər çərçivəsində iştirakçılar şəhərin tarixi və görməli yerləri ilə tanış olub, Vətən uğrunda canından keçmiş əbədi məşəlimiz olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində azad olunmuş doğma Şuşada olmaq səfər iştirakçılarında böyük qürur və iftixar hissi yaradıb.


