20 oktyabr 2026-cı il tarixində Biləsuvar rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində mübahisələrin həlli” mövzusunda zona seminarı keçirilmişdir.
Tədbirdə Biləsuvar, Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul rayonlarının və Şirvan şəhərinin həmkarlar ittifaqı komitələrindən ümumilikdə 124 nümayəndə iştirak etmişdir.
Seminar çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə geniş müzakirələr aparılmışdır:
Əmək mübahisələrinin profilaktikası və alternativ (məhkəmədənkənar) həlli yolları;
Hüquqi maarifləndirmənin artırılması, işçi və işəgötürən arasında sosial dialoqun gücləndirilməsi;
Kollektiv əmək mübahisələrinin tənzimlənməsi;
Həmkarlar ittifaqları ilə mediasiya qurumları arasında əməkdaşlığın inkişafı.
Ölkə üzrə mediasiya qurumu ilə birgə təşkil olunan bu ilk zona seminarı qarşılıqlı diskussiya və interaktiv dialoq şəraitində başa çatmışdır.





