3 noyabr 2026-cı il tarixində Ağcabədi rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin təşkilatçılığı və Mediasiya Şurasının nümayəndələrinin iştirakı ilə növbəti zona seminarı keçirilmişdir.
Tədbirdə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd, Kürdəmir, Zərdab, Ağdam, Bərdə və Ağcabədi rayonlarının həmkarlar ittifaqı komitələrindən ümumilikdə 75 nümayəndə iştirak etmişdir.
Seminarda Respublika Birliyi sədrinin birinci müavini, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Mediasiya Şurasının zona üzrə nümayəndələri iştirak edərək çıxış etmişlər.
Tədbir çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə geniş müzakirələr aparılmışdır:
Əmək mübahisələrinin həlli və hüquqi maarifləndirmənin gücləndirilməsi;
Kollektiv əmək mübahisələrinin tənzimlənməsi və mediasiya imkanları;
Həmkarlar ittifaqı komitələri ilə mediasiya təşkilatları arasında əməkdaşlıq məsələləri.
Seminar qarşılıqlı fikir mübadiləsi və interaktiv dialoq şəraitində başa çatmışdır.

.jpeg)

.jpeg)
.jpeg)
