23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı ilə birgə tədbir təşkil olunub.
Tədbirdə dövlət qulluğunun cəmiyyətin inkişafındakı rolu, dövlət qulluqçularının üzərinə düşən məsuliyyətli vəzifələr və onların peşə fəaliyyətinin mühüm əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və dövlət qulluğunda səmərəli xidmət göstərən bir qrup əməkdaşa ADİİXİ Həmkarlar İttifaqının Masallı Rayon Komitəsi adından Fəxri fərmanlar təqdim olunub.




